Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Conson məhdudiyyətlərin götürülməsi üçün şərtləri açıqlayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson krallıqda koronavirusla bağlı tətbiq olunmuş məhdudiyyətlərin tədricən aradan qaldırılması üçün lazım olan şərtləri açıqlayıb. Bu barədə baş nazir dəftərxanasının bu günlərdə yaydığı bəyanatda bildirilir. Məlumatı “İzvestiya.ru” verib. 

Bəyanatda qeyd edilir ki, yanvarın 4-dən Birləşmiş Krallıqda COVID–19-un ikinci dalğasının geniş yayılması ilə əlaqədar milli məhdudiyyətlər tətbiq edilib. Bu zaman hökumət karantinin martın axırına qədər uzadıla biləcəyini istisna etməyib. Conson deyib: “Biz planın hər bir mərhələsində yerinə yetirilməli olan dörd həlledici şərt müəyyənləşdirmişik”. Onun sözlərinə görə, Böyük Britaniyada məhdudiyyətlərin aradan qaldırılması üçün ən əhəmiyyətli məsələ əhalinin peyvəndlənməsinin uğurla başa çatdırılması, COVID–19-a yoluxma hallarının və ölüm haqqında məlumatların azalması ola bilər.

Bundan əlavə, hazırda mövcud olan karantin rejiminin yumşaldılması üçün səbəblərdən biri də ölkənin səhiyyə sisteminin yüklənməsi təhlükəsinin sıfıra enməsi, eləcə də koronavirus infeksiyasının yeni ştammının yayılmasına nəzarətin təmin edilməsi olmalıdır. Qeyd edək ki, fevralın 16-da Böyük Britaniyada koronavirusun yeni mutasiyasının tapıldığı məlum olmuşdu. Sonradan virus daha 10 ölkəyə yayılmışdı. Həmin gün yeni və aşkar olunan respirator viruslar üzrə məsləhət qrupunun mütəxəssisləri təsdiq etmişdilər ki, koronavirusun Britaniya ştammı indiyədək mövcud olan SARS–CoV-2 formasından daha təhlükəlidir.

Bununla yanaşı, fevral ayında İngiltərədə insanların COVID–19-un Cənubi Afrika ştammına yoluxması ilə bağlı da bir sıra faktlar qeydə alınmışdı. Ancaq bu insanlar nə Cənubi Afrika Respublikasında olmuş, nə də bu ölkədən gəlmiş turistlərlə təmas qurmuşdular.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti

23 Fevral 2021 05:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Mart 2021 | 01:44
“F-22 Raptor” birincidir
2 Mart 2021 | 02:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə