Ən son xəbərlər
“Rusiya Türkiyəyə yeni döyüş təyyarələri, o cümlədən beşinci nəsil “Su-57” qırıcılarını tədarük etməyə hazırdır”.
Bu barədə Rusiya kütləvi informasiya vasitələri Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, türkiyəli mütəxəssislər Rusiyanın təklif etdiyi qırıcıların imkanları ilə artıq tanış olublar.
Məlumatda, həmçinin qeyd edilir: “Onların hər şey xoşlarına gəlib. Əgər “Su-35” hərbi təyyarələri üçün müraciət olsa, biz bu məsələ ilə bağlı danışıqların davamına hazırıq. Eyni şeyi beşinci nəsil “Su-57” qırıcıları haqqında da deyə bilərik. Türkiyəli tərəfdaşlarımız maraqlanacağı halda bu mövzuda da işləməyə hazırıq”.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə