Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fridrix Karl Berger deportasiya edilib

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, əslən Almaniya vətəndaşı olan Berger 1945-ci ildə nasist Almaniyasında Noyenqamm şəhərindəki əsir düşərgəsində silahlı nəzarətçi vəzifəsində xidmət edib.

Onun nəzarətçi kimi xidmət etdiyi Noyenqamm əsir düşərgəsində saxlanan məhbusların ən çoxsaylı qrupları müxtəlif millətlərə mənsub SSRİ, Hollandiya və Polşa vətəndaşları olub. Amerika və Avropa arxivlərində saxlanan sənədlər Bergerin təqsirkar olmasını sübut edir. Hakimin hökmündə göstərilir ki, Noyenqamm düşərgəsindəki məhbuslar dəhşətli şəraitdə saxlanıb, 1945-ci ilin qışında açıq havada “taqətdən düşənə və ölənə qədər” işləməyə məcbur edilib. Berger nəzarət edirdi ki, məhbuslar iş günü ərzində qaça bilməsinlər. 1945-ci il martın axırlarında müttəfiqlərin qoşunları hücuma keçməyə başlayanda nasistlər bu düşərgəni tərk ediblər. Məhkəmə müəyyən edib ki, məhbusların Noyenqammdakı əsas düşərgəyə məcburi şəkildə təxliyə olunması zamanı Berger bu prosesə nəzarət edirmiş.

Qeyri-insani şəraitdə, təqribən, iki həftə davam etmiş təxliyə zamanı 70-ə yaxın məhbus həlak olub.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

23 Fevral 2021 05:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Mart 2021 | 01:44
“F-22 Raptor” birincidir
2 Mart 2021 | 02:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə