Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balakən Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Çay məcralarının tənzimlənməsi işlərinin satın alınması.
Lot -2. Daş-beton bəndin cari təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, satınalma elektron portal vasitəsilə keçirildiyi üçün portal vasitəsilə elektron müraciət etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maddi-texniki imkanları, iddiaçının faktiki yerləşdiyi ünvan, mal-materialların çatdırılması müddəti və maliyyə vəziyyəti.
Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Məlumat mübadiləsi yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Malgöndərənlər (podratçılar) tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim edilən sənədlər və təkliflər qəbul olunmayacaqdır. Malgöndərənlərin (podratçıların) səlahiyyətli nümayəndələri portala daxil olmaqla müsabiqədə iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada vahid internet portal vasitəsilə aparılır.Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlarla portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış olmaq mümkündür (əlaqələndirici şəxs - E. Bodurov, telefon- 02429-5-54-25).
İştirak haqqı lot 1- 150 manat və lot 2 - 100 manatdır.
Balakən Suvarma Sistemləri İdarəsi
H/h- AZ50CTRE00000000000002350501
VÖEN- 3800057561
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h-AZ41NABZ01360100000000003944
S.W.İ.F.T-CTREAZ22
Büdcə təsnifatının kodu- 142330
Büdcə səviyyəsinin kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
Təşkilati və hüquqi sənədlər :
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış ;
-iddiаçının sоn bir ildəкi mаliyyə vəziyyəti hаqqındа bаnк аrаyışı;
- iddiаçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti ;
-təsdiq olunmuş rekvizitlər barədə məlumat;
-qeydiyyatdan keçdiyi ölkə; -nizamnamə;
-iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış;
İxtisas göstəriciləri :
-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması barədə təsdiqedici sənəd;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Dövlət Vergi Xidmətindən arayış;
-müflis elan edilməməsi ,əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə ədliyyə orqanından məlumat;
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkarlıq fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması və ya onların müvafiq peşə fəaliyyəti ilə məşğul olmasıının məhkəmə qaydasında qadağan edilməməsi barədə DİN və ya Asan Xidmət Mərkəzlərindən məlumatlar.
– Digər sənədlər maddi -texniki bazası, işçilərinin sayı və əsas vəsaitləri barədə geniş arayış.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunua uyğun keçiriləcəkdir.
İddiaçılar lot -1 üçün tenderdə iştiraka görə ixtisas göstəricilərinə aid sənədləri 15 mart 2021-ci il saat 10.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 30 mart 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 31 mart 2021-ci il saat 10.00-da açılacaqdır.
İddiaçılar lot -2 üçün tenderdə iştiraka görə ixtisas göstəricilərinə aid sənədləri 15 mart 2021-ci il saat 12.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 30 mart 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 31 mart 2021-ci il saat 12.00-da açılacaqdır.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender komissiyası

23 Fevral 2021 04:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ
27 Fevral 2021 | 08:46
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə