Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samur-Abşeron Kanalının İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Samur-Abşeron Kanalının İstismarı İdarəsi büdcə vəsaiti hesabına elektron satınalma vasitəsi ilə Taxtakörpü -Ceyranbatan kanalında Pk7+50 - Pk12+50 arasında sol yamacda terrasların yaradılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3(üç) il üzrə işlərin, mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş müqavilələr, maddi -texniki bazanın mövcudluğu (maşın -mexanizmlər və digər məlumatlar), irriqasiya və meliorasiya sistemlərinə aid lisenziya, işlərin icra qrafiki və ən aşağı qiymət təklifi.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 300 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat- SAMUR-ABŞERON KANALININ İSTİSMARI İDARƏSİ
VÖEN- 3100176751
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ 0136010000000003944
S.W. İ. F. T. BIK-CTREAZ 22
H/h-AZ34CTRE00000000000002356803
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 mart 2021-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 1aprel 2021-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 2 aprel 2021-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet portalında həyata keçiriləcəkdir.

23 Fevral 2021 04:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Mart 2021 | 01:25
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə