Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti balansında olan avtonəqliyyat vasitələrinin yağ-sürtkü materiallarının dəyişdirilməsi, təmiri və ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tenderdə avtonəqliyyat vasitələrinin yağ-sürtkü materiallarının dəyişdirilməsi, təmiri və ehtiyat hissələrinin təchizatı sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident mikro, kiçik və orta sahibkarlıq subyektləri, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına Asan Ödəniş vasitəsilə köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər:
Emitent
Dövlət Xəzinədarlığı Agentliyi
Bank kodu- 210005
VÖEN- 1401555071
Mh- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BİK: CTREAZ22
Alan
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti
VÖEN- 2000015631
H/h- AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu – 7
Büdcə təsnifatının kodu – 142330
İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderin iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü təşkil etməlidir).
4. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
5. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
(1 (bir) ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
7.İddiaçını son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
8. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (1 (bir) ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı).
9. İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
10. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
11. İddiaçının avtonəqliyyat vasitələrinin təmiri sahəsində ixtisaslı və peşəkar kadrlarının olması barədə (məlumat) sənədlər (CV-lər daxil edilməklə).
12. İddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
13. Digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən digər bütün sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər haqqında yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-iddiaçı tərəfindən işlərin görülməsi, malların təqdimatı barədə təklif olunan yanaşma və işin idarə edilməsi ilə bağlı təkliflər;
-görüləcək işlərin və təqdim ediləcək malların dəyəri.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 17 mart 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 1 aprel 2021-ci il saat 11.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 2 aprel 2021-ci il saat 11.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet portalında tanış ola bilərlər.
Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılışını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.
Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar- Əfqan Qocayev _ tender komissiyasının üzvü (telefon- (012) 4902408, daxili 165, elektron poçt ünvanı: [email protected])
Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
 

Tender komissiyası

23 Fevral 2021 04:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ
16 Aprel 2021 | 08:18
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə