Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhrəmanlıq eposu “Koroğlu” “Azercell”in layihəsində

“Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Şirkətin təşəbbüsü ilə “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib.
Epos “Azercell”in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə səsli formatda yüklənəcək. Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloqer Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb. 21 fevral tarixində bloqer Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni “Azercell”in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.
Qeyd edək ki, “Azercell” “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. İndiyədək “Azercell”in təşəbbüsü ilə Azərbaycan dilində olan onlarca əsər elektron və audiokitab tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilmişdi.
“Xalq qəzeti”

23 Fevral 2021 03:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə