Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmaz Suvarma Sistemləri İdarəsi 2021-ci ildə aşağıdakı işlərin görülməsi üçün AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot -1. Lildən təmizləmə və kollektor - drenaj işlərinin satın alınması.
Lot-2. Sahil bərkitmə və daş-beton bəndin cari təmiri işlərinin satın alınması.
Lot -3. KH-23 beton kanalının əsaslı təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti
2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Xaləddin Məlikov.
Ünvan- Xaçmaz rayonu, İ.Qayıboy
küçəsi 27.
E-mail: rovshan [email protected]
Tel-(02332) 5-11-50
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.
İştirak haqqı hər lot üçün 100 manatdır.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
• H/h-AZ27CTRE00000000000002354601
Büdcə təsnifatının kodu-7/142330
• VÖEN-7700151001
• Bank- DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ
• VÖEN-1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T: CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir. Rekvizitlərin iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi tədəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə dövlət vergi orqanlarından arayış (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 17 mart 2021-ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 1 aprel 2021-ci il saat 10.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 2 aprel 2021-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

23 Fevral 2021 03:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Mart 2021 | 01:25
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə