Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AAYDA-nın əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

22 fevral – Avtomobil Yolları İşçilərinin Peşə Bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad, edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
“Xalq qəzeti”

23 Fevral 2021 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə