Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın Anjers Universiteti ilə ikili diplom proqramı

Fransa Respublikasının ölkəmizdəkiı Səfirliyinin təhsil işləri üzrə attaşesi Morin Raab və Azərbaycan Fransız İnstitutunda Campus Fransın təmsilçisi Mədinə Mollayeva Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik ixtisası üzrə inglis dilində təhsil alan tələbələrilə görüşüb.

ATMU tələbələri üçün nəzərdə tutulan təqdimatda Fransa universitetlərində təhsil imkanları, peşə təcrübəsi, təqaüd proqramları və fransız dili kurslarının fəaliyyətinə dair mühüm məlumatlar yer alıb.

Qeyd edək ki, hazırda ATMU Fransanın İREST ve Anjers Universitetləri ilə əməkdaşlıq danışıqları aparır. Başlıca məqsəd ATMU tələbələrinin ikili diplom proqramı çərçivəsində Avropanın daha bir nüfuzlu ali məktəbində- Anjers Universitetində təhsil imkanı qazanmasına zəmin yaratmaqdan ibarətdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Oktyabr 2018 11:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə