Ən son xəbərlər
Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş̧ ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğunun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyənləşdirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə