Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yuventus” Canluici Buffona yeni müqavilə təklif edəcək

İtaliyanın “Yuventus” klubu qapıçısı Canluici Buffona yeni müqavilə təklif edəcək.

"Xalq qəzeti" xəbər verir ki, Turin təmsilçisi 43 yaşlı əlcək sahibi ilə anlaşmanı uzatmaq niyyətindədir.

Yeni müqavilə növbəti mövsümün sonunadək nəzərdə tutulacaq. Buffon anlaşmaya əsasən 2022-ci ilin yayına qədər “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”da oynayan Buffon A seriyasında rekord sayda – 654 matç keçirib.

22 Fevral 2021 17:34 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə