Ən son xəbərlər
İtaliyanın U-17 və U-18 millisinin futbolçusu Alessandro Arlotti karyerasını başa vurub.
"Xalq qəzeti" xəbər verir ki, “Peskara”nın oyunçusunu buna vadar edən səbəb təhsilə üstünlük verməsi olub.
18 yaşlı Arlotti “Harvard” Universitetinə qəbul olunduğundan, təhsili peşəkar futboldan üstün tutub. “Peskara”dan ayrılan yarımmüdafiəçi universitetin futbol komandasında oynayacaq.
“Monako”nun yetirməsi olan hücumameyilli futbolçu ötən ilin yayında “Peskara”ya keçərək, peşəkar müqavilə imzalamışdı.
Köhnə versiyamızdan xəbərləri izlə