Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, onlardan Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra  yüksək texnologiyalı protezlə təmin edilib.

Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.

22 Fevral 2021 15:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə