Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatıb

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

22 Fevral 2021 14:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə