Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Feysbuk koronavirusa qarşı vaksinasiyanın reklamını blokladı

“Facebook” sosial şəbəkəsi koronavirus infeksiyasına qarşı vaksinasiyanın lazım olduğu barədə paylaşımları bloklayıb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə “Politico” nəşri xəbər verir.

Söhbət 110 şirkətdə preparatların necə hazırlandığı və vaksinasiya məntəqələrinin yeri barədə məlumatın olduğu pullu reklamlardan gedir. Reklamverənlərin bu qərara etiraz etmək hüququ var, lakin proses çətin və COVID-19 haqqında məlumat sürətlə dəyişdiyindən demək olar ki, mənasız olacaq.

Sosial şəbəkə özü problemi qəbul edib və iki şirkətin reklam nəşrlərini bərpa etdiyini bildirib.

Qeyd edək ki, Feysbukun siyasi təbliğat və reklamı izləyən sosial media filtrləri əvvəllər peyvəndlər və COVID-19-a qarşı vaksinasiya kampaniyası barədə məlumatları yolverilməz paylaşım kimi qeyd edib.

O da vurğulanır ki, mesajların bloklanması feysbuku koronavirusla əlaqəli etibarlı məlumatlar əldə etmək üçün bir platforma olaraq yararsız hala gətirir.

22 Fevral 2021 14:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə