Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvinin 880 illiyi münasibətilə beynəlxalq xalça eskizi müsabiqəsini elan edilir

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin  “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

"Xalq qəzeti" xəbər verir ki, sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edir. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına 15 may 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və 30 may 2021-ci il tarixində elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

 

Daha ətraflı məlumat üçün: +994 12 497 20 16

[email protected]

https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi

https://www.instagram.com/carpetmuseumbaku/

22 Fevral 2021 10:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
25 İyul 2021 | 00:51
Dahi şairin adına layiq

Köhnə versiyamızdan xəbərləri izlə