Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə ərazisində fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 7-9° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 8-12° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-17°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

21 Fevral 2021 14:30 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə