Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy: 101 yaşlı nənə peyvəndə özü gəldi…

Şəkildə gördüyünüz nənə Gədəbəy rayonunun Xarxar kənd sakini Ərus Cavadovadır. Onun 101 yaşı var. Özü durub gəlib rayon mərkəzi xəstəxanasına ki, “peyvənd olunmaq istəyirəm”. Həkimlər də onun arzusunu yerinə yetirib və COVİD-19 pandemiyasına qarşı peyvənd ediblər.

1920-ci ildə anadan olan Ərus Cavadova bu yaşda özünü gümrah hiss edir və virusa yoluxmamaq üçün bu addımı atdığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib və görün nə deyib:

– Eşitmişəm ki, ölkələrin bir çoxu heç bu peyvəndi hələ ala bilməyib. Amma bizim Prezidentimiz bunu tapıb gətirib.Var olsun! Peyvənd elətdirək ki, tezliklə bu bəladan canımız qurtarsın. Digər şəkildəki isə rayonun Arıqıran kənd sakini, 99 yaşlı Məhəmməd Qurbanovdur. İkinci Dünya müharibəsi veteranı olan Məhəmməd Qurbanovun sinəsi orden və medallarla doludur. Deyir, evdən çıxanda dedilər ki, peyvənd vurdurmağa gedirsən, bunları niyə sinənə taxırsan?

Dedim düzdür, bunları tarixi günlərdə, bayramlarda sinəmə taxıram. Amma xalqımın sağlamlığı ilə bağlı atılan bu addımı yüksək dəyərləndirir və elə bu günü də bayram günü hesab edirəm və ordenli-medallı gedirəm. ... Qeyd edək ki, Gədəbəy rayonunda COVİD-19 əleyhinə peyvəndləmə işi yaxşı təşkil olunub. Rayon sakinləri bu işin həm faydalı, eyni zamanda, virusun yayılmasının qarşısının alınmasında ən mühüm vasitə olduğunu yaxşı dərk edirlər.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

21 Fevral 2021 03:23 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə