Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 38 Bakı şəhəri,                   16 fevral 2021-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 6 dekabr tarixli 216 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 may tarixli 95 nömrəli, “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kollegiyasının tərkibi”nin təsdiq edilməsi barədə” 2015-ci il 29 iyun tarixli 248 nömrəli qərarlarının ləğv edilməsi haqqında

“Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299,
№ 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008,
№ 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68,
№ 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468; 2020, № 2, maddə 220; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı) 4.22-ci bəndində və həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nın adında “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin və “, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 867; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 481; 2013, № 8, maddə 1013) ilə təsdiq edilmiş “Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları”nın 2-ci, 4-cü, 6-cı, 9-cu və 12-ci hissələrində “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016,
№ 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588,
№ 11, maddə 1976, № 12, maddə 2241; 2017,
№ 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2,
maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019,
№ 1, maddə 159, № 3, maddələr 529, 563, 565,
№ 4, maddə 743, № 5, maddələr 944, 972,
№ 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311, № 11, maddə 1413) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 16-cı hissəsi aşağıdakı redaksiyada verilsin:
“16. Azərbaycan Respublikasının Energetika Nazirliyi
16.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446,
№ 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313,
№ 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611,
№ 6, maddə 800, № 11, maddə 1414; 2016,
№ 1, maddə 171, № 2 (II kitab), maddə 382,
№ 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587,
№ 11, maddə 1976, № 12, maddə 2241; 2017,
№ 2, maddələr 282, 296, 311, № 5, maddə 972,
№ 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, maddə 1306, № 11, maddə 1413) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayən-dələrinin aparatları” sətrindən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sətri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016,
№ 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9,
maddələr 1585, 1589, № 12, maddə 2241; 2017,
№ 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652, № 8, maddə 1123, № 9, maddə 1217, № 10, maddələr 1258, 1296, № 11, maddə 1405; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 dekabr tarixli 515 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 46-cı hissəsinin “Orqanın adı” sütununda “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020,
№ 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 dekabr tarixli 485 nömrəli və 14 dekabr tarixli 494 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:


51-1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi   1279


7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinin 74-cü sətrinin “Dövlət qurumunun adı” sütununda “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
8. “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 473, № 12, maddə 1122; 2013, № 5, maddə 587, № 8, maddə 1016) ləğv edilsin.
9. “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kollegiyasının tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli 248 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 810) ləğv edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə