Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur fotoqraf Reza Deqatinin gənclərlə onlayn görüşü olub

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalının fotoqraf Reza Deqati ilə “Onun gözündən Azərbaycan” adlı görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə məşhur fotoqraf həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, onların hekayələrini və eyni zamanda, Xocalı faciəsinin baş verdiyi günlərdə şahidi olduğu dəhşətli mənzərələri gənclərlə bölüşüb.

O bildirib ki, gələcək xəyallarının gözəlliyinə inananlara aiddir. Azərbaycan gəncləri daim Vətəninin gələcəyini düşünərək öz üzərlərində çalışmalı və beynəlxalq arenada ölkəni uğurla təmsil etməlidirlər. Yüzə yaxın gəncin iştirak etdiyi tədbir “Zoom” platforması vasitəsilə onlayn təşkil olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı informasiya blokadasının yarılmasında xüsusi xidmətləri olan fotojurnalist Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri, yaşanmış dəhşətli hadisələri, xalqımızın çəkdiyi ağrı-acını lentə alaraq beynəlxalq ictimaiyyətə çatdırmağa nail olub. Fotoqrafın Azərbaycan haqqında iki kitabı çap olunub.

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan kitablardan biri Qarabağ müharibəsi, məcburi köçkünlər, Xocalı soyqırımı, digəri isə Azərbaycan mədəniyyəti, təbiəti ilə bağlıdır. “İrəli” İctimai Birliyinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün fevralın 26-da “Ana harayı” abidəsini ziyarət edəcəklər. 

21 Fevral 2021 01:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə