Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maliyyə naziri BMT baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov oktyabrın 26-da BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikov ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda ənənəvi olaraq keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs olunub, Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunaraq regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstək yüksək qiymətləndirilib.
Görüş zamanı, həmçinin Azərbaycanın beynəlxalq humanitar fəaliyyəti və bu sahədə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

27 Oktyabr 2018 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə