Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan HHQ-nin aviasiya vasitələri praktiki uçuşları icra edir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

18 Fevral 2021 13:00 -
7 Aprel 2021 | 00:19
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə