Ən son xəbərlər
VI Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçən və beynəlxalq səviyyədə tanınan çox ciddi dialoq platformasıdır.
Bunu Trend-ə Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib.
O qeyd edib ki, foruma maraq getdikcə artır, çünki bu tədbirdə müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır: “Bu beynəlxalq dialoq platformasında heç bir ölkənin müstəqil şəkildə həll edə bilməyəcəyi qlobal problemlər müzakirə olunur”.
S.Neverov eyni zamanda, dinamik inkişaf edən və möhkəmlənən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edib.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Köhnə versiyamızdan xəbərləri izlə