Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Botanika İnstitutunun gənc mütəxəssisləri beynəlxalq vebinarda iştirak edib

AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova və elmi işçisi Nigar Mürsəl qızı COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak edib.

"Xalq qəzeti" xəbər verir ki, vebinar “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunub. Vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət diskusiya paneli təşkil olunub.

Ümumilikdə təşkil ounmuş iclasa 170-dən çox alim qatılıb.

Vebinarın sonunda Aydan Zeynalova və Nigar Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.

 

17 Fevral 2021 16:02 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə