Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Rasim Əliquliyev: Böyük rəqabət mühitinə malik layihələr milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradacaq

 Böyük rəqabət mühitinə malik layihələrin həyata keçirilməsi   təşəbbüskarlara   Azərbaycan   Respublikasının   sosial-iqtisadi   həyatında   yaxından iştirak etmək imkanı verməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcək, milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradacaq. 

"Xalq qəzeti" xəbər verir ki, bunu akademik Rasim Əliquliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclasında bildirib. 

Akademik Ekspertlər Şurasının fəaliyyətindən bəhs edərək, Şuranın AMEA-nın elmi müəssisə və təşkilatları arasında münasibətlərin qurulmasında və əməkdaşlığın inkişafında rolunu önə çəkib: “Ekspertlər Şurası innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir. Həmçinin yeni rezidentlərin seçilməsi ilə yanaşı, YT Parka elmi dəstək vermək, elm və istehsalat arasında intellektual körpü yaratmaq vəzifəsini yerinə yetirir”

İclasda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihə müəllifi çıxış edərək müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehalını həyata keçirəcəyini vurğulayıb. Qeyd edib ki, boyaların istehsalının təşkil edilməsi digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.

Müzakirələrdə digər çıxış edənlər ölkəmizdə neft məhsullarından aromatik maddələrin ayrılması texnologiyasının işlənilməsi üzrə yeni istiqamətlərdə elmi tədqiqatların aparılmasına ehtiyac duyulduğunu bildiriblər. 

 

 

17 Fevral 2021 12:42 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə