Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən  “İzahlı dini terminlər lüğəti” nəşr olunub.

 İlahiyyat İnstitutundan "Xalq qəzeti"nə verilən məlumata görə, lüğət institutun müəllim heyəti tərəfindən hazırlanıb. Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib.

 

Qeyd edək ki, lüğət hazırlanarkən yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, həmçinin digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, dinlər tarixi, din sosiologiyası, din psixologiyası, din fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə olunub.

17 Fevral 2021 13:05 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə