Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi podrat üsulu ilə aparılacaq torpaq işlərinin satın alınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1. Podrat üsulu ilə aparılacaq torpaq işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını elektron portalda asan ödəniş bölməsində göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Əsədov Tərbiz Qulu oğlu ,

tel- 050 324 55 51.

İştirak haqqı 300 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi

• H/h- AZ64CTRE00000000000002351704

• VÖEN- 5700110031

• Fond- 7/142330

• Bank- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 4 mart 2021-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 mart 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 16 mart 2021-ci il saat 12.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər. QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

17 Fevral 2021 00:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
12 İyun 2021 | 01:02
BİLDİRİŞ
11 İyun 2021 | 00:56
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə