Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Şəki Suvarma Sistemləri İdarəsi 2021- ci ildə suvarma şəbəkələrinin mexanizmlə lildən təmizlənməsi və çay məcralarında tənzimləmə işlərinin görülməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 2 ( iki) lot üzrə keçirilir.

Lot-1. Suvarma şəbəkələrində kanalların mexanizmlə lildən təmizlənməsinin satın alınması.

Lot-2. Çay məcralarında mexanizmlə tənzimləmə işlərinin görülməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, https://www/etender.gov.az/ “Dövlət satınalmaları haqqında “ Azərbaycan Respublikasının Qanununa uyğun təkliflərini möhürlənib imzalanmış və ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər .

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğlərdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki Suvarma Sistemləri İdarəsində (əlaqələndirici şəxs - Səmədov Arif Səməd oğlundan) ( telefon- 024-24-33-84) ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 60 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat - Şəki Suvarma Sistemləri İdarəsi

Hh- AZ83CTRE00000000000002350101

VÖEN - 3000103891

Bank - Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

Mh- AZ41NABZ01360100000000003944

S.W/İ.F.T BIK - CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı

- bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).

Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış;

- sosial müdafiə fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 10 mart 2021-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 18 mart 2021-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır. Tender təklifi zərfləri 19 mart 2021-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası 

17 Fevral 2021 00:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2021 | 01:31
BİLDİRİŞ
15 İyun 2021 | 01:30
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə