Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar “Soyqırımı” adlı sərgi-müsabiqə elan edilib

Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Soyqırımı” adlı sərgi-müsabiqə elan edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, sərgi-müsabiqədə iştirak etmək istəyən gənclər fevralın 16-dan 25-dək əl işlərini - foto və videolarını Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin [email protected]  elektron ünvanına və ya 050 748-68-78 (WhatsApp) nömrəsinə göndərə bilərlər.

Sərgi-müsabiqəyə təqdim olunan əl işləri bədii tələblərə cavab verməli, Xocalı soyqırımı faktlarını dolğun əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

Müsabiqəyə Vətən uğrunda gənc qəhrəmanlarımızın mərdliyini və igidliyini rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərlərində bacarıq və ustalıqla əks etdirən işlər qəbul olunacaq.

Sərgi-müsabiqəsinin qalibləri Lənkəran Şəhər Gənclər və İdman idarəsi tərəfindən təltif olunacaqlar.

16 Fevral 2021 20:50 - QAN YADDAŞI
QAN YADDAŞI

Köhnə versiyamızdan xəbərləri izlə