Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi hərbçilərə peyvəndin necə vurulacağını açıqlayıb

Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

16 Fevral 2021 15:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə