Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reza Deqati: İkinci Qarabağ müharibəsindən sonra ermənilərin mənə təzyiqləri daha da çoxalıb

Birinci Qarabağ müharibəsindəki fotoları göz yaşları ilə çəkirdim. Çünki orada baş verənlər həqiqətən də dəhşətli idi.

"Xalq qəzeti" xəbər verir ki, bu sözləri Fransada yaşayan Azərbaycan əsilli məşhur fotoqraf Reza Deqati media nümayəndələri ilə görüşündə deyib.

Dünya şöhrətli fotoqraf qeyd edib ki, hadisənin içərisində olub çəkdiyi fotolar arasında Xocalı faciəsi kimi dəhşətli mənzərələr az idi.

“İkinci Qarabağ müharibəsindən sonra ermənilərin mənə təzyiqləri daha da çoxalıb. Belə ki, keçirməli olduğum bir neçə sərgi ermənilərin təzyiqi ilə ləğv olundu”, - deyə Reza Deqati əlavə edib.

Sonra R.Deqatinin fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub.

Fotoqraf qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonrakı vəziyyəti, ermənilərin bu gözəl diyarı necə dağıntılara məruz qoyduğunu əks etdirən fotoları bütün dünyaya təqdim etmək fikrindədir. Şuşada böyük bir fotoqalereyanın yaradılması da növbəti layihələr arasındadır.

“Mənim 20 Yanvar faciəsi, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitablarım da var. Bu kitablar Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib”,-deyə R.Deqati bildirib.

16 Fevral 2021 15:04 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə