Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçiriləcəkdir.
Lot-1. Mexaniki və elektrik avadanlıqlarının satın alınması.
Lot-2. Tikinti materiallarının satın alınması.
Lot-3. Subartezian quyularının əsaslı təmirinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- R.Ə.Əliyevdən, telefon- (021- 22-22-3-42) ala bilərlər.
Alan Bank
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41 NABZ-01360100000000003944
SWİFT BIK: CTREAZ-22
Alan təşkilat
Baş Dövlət Xəzinədarlığı Agentliyi
H/h- 2354102
VÖEN- 3900214101
Təyinat-tender haqqı
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 9 mart 2021-ci il saat 15.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17 mart 2021-ci il saat 15.00-a qədər Beyləqan rayonu, 1-ci Şahsevən kəndində Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18 mart 2021-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

Tender komissiyası

16 Fevral 2021 02:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2021 | 01:31
BİLDİRİŞ
15 İyun 2021 | 01:30
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə