Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalan: erməni vəhşiliyinin qurbanı olmuş yeniyetmə futbolçunun xatirəsi belə yad edildi…

Bu vəhşiliyi bütün dünya eşidib, bilib.Vətən müharibəsinin ilk günü, yəni sentyabrın 27-də işğalçı Ermənistan ordusunun atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bütöv bir ailəni məhv etdi.

Ailənin beş üzvü – 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu, həyat yoldaşı 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət Novruz qızı, gəlini 1981-ci il təvəllüdlü Əmirova Afaq Dəmir qızı, nəvələri 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu və 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı həlak oldu.
Qeyd edək ki, Şəhriyar Qurbanovun futbola çox böyük həvəsi var idi. O, Naftalan Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yeniyetmələrdən ibarət U-13 futbol komandasının üzvü idi.
Şəhriyarın faciəli ölümü ilə əlaqədar FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) başsağlığı ünvanlamış və dərindən kədərləndiklərini bildirmişdir.
AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) və “Sabah” FK Şəhriyarın əziz xatirəsinin daim anılacağını ifadə etmək üçün şəhidin atasına futbol forması hazırlayıb. Bu günlərdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov və millət vəkili Anar Məmmədovla birgə həmin formalar şəhidin atasına və şəhid Fidanın atası Elşən Qurbanova təqdim edilmişdir.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

16 Fevral 2021 01:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə