Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabaha olan hava PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

"Xalq qəzeti" xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Qəzənfər Qasımov, "Xalq qəzeti"

15 Fevral 2021 18:02 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə