Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının nəzdindəki “Qarabağ turizm dərnəyi”nin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “MS Teams” platformasında onlayn “Qarabağ Azərbaycandır!” adlı diskussiya keçirilib. Diskusiyaya universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, turizm üzrə fəlsəfə doktoru, dosent Bahadur Bilalov, həmin kafedranın əməkdaşları və Qarabağ regionu üzrə magistrant – tədqiqatçılar qatılıblar.

Kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru dosent Hafiz Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun yüksək döyüş əzmi və tarixi qələbəsindən danışıb.

Eyni zamanda, dövlət başçımız cənab İlham Əliyevin həmin dövrdə siyasi və diplomatik fəaliyyətini konkret faktlarla şərh edib.

Turizm biznesi kafedrasının baş müəllimi, “Bakı Turizm Ekskursiya” Agentliyinin direktoru Əlixan Mürvətov işğaldan əvvəl Qarabağa təşkil olunan səfər xatirələrini diqqətə çatdırıb. Qarabağ ərazisinə yeni turist marşrutlarının və ekskursiya mövzularının işlənib hazırlanmasının məqsədəuyğun olduğunu bildirib.

Turizm və Menecment Universitetinin mətbuat xidmətindən bildiriblər ki, tədbirin daha bir iştirakçısı, kafedranın müəllimi, bələdçi Gülşən Abbasova iştirakçıları Qarabağın tariximədəni abidələri haqqında məlumatlandırıb.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

14 Fevral 2021 01:13 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə