Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samux xəbərləri

Nümayəndəliklər video-formatda hesabat verirlər

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev artıq bir neçə gün­dür ki, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin hesa­batlarını dinləyir, problemləri müzakirə edir, qarşıdakı aylar üçün vəzifələri birgə müəyyənləşdirir, tapşırıqlarını verir.

2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan bu hesabat yığıncaqları videoformatda keçirilir və hər dəfə 5-6 ərazi dairənin nümayəndələri məlumat verirlər.

Qeyd edək ki, son illər Samuxun siması çox dəyişib. Yeni yollar salınıb, sosial obyektlər, məktəb, uşaq bağ­çaları tikilib istifadəyə verilib, bir sıra infrastruktur layihələri, o cümlədən, su və kanalizasiya xəttinin çəkilişi icra olunub. Rayon rəhbəri bütün bunları ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bölgələrə, eləcə də Samux rayonuna göstərdikləri diqqət və qayğı­nın təzahürü kimi qiymətləndirib.

Vətən Müharibəsi Qəhrəmanı ilə görüş

Rayonda şəhid ailələri və müharibə iştirakçıları ilə müntəzəm iş aparı­lır, onlarla vaxtaşırı görüşlər keçirilir, problemləri öyrənilir, konkret lazı­mi köməklik göstərilir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bu dəfə Vətən Müharibəsi Qəhrəmanı, Samux rayonunun Lək kənd sakini Hü­seynov Əli Rəşid oğlu ilə görüşmüşdür. Görüş zamanı Alı Qocayev qəhrəmanı ad günü münasibəti ilə təbrik etmiş, ona vətənimizin işğal altındakı torpaqlarının azad olunmasi istiqamətində göstərdiyi şücaətlərə görə öz minnətdarlığını bildirmişdir.

Vətən Müharibəsi Qəhrəmanı Əli Hüseynov və atası Rəşid Hüseynov müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respubli­kasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

YAP rayon təşkilatı şəhid ailələrinə və qazilərə baş çəkirlər

Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri şəhid ailələlərini və qaziləri bir gün belə unut­mur, vaxtaşırı olaraq onlara baş çəkir, problemləri, çətinlikləri ilə maraqlanır, lazımi köməklik göstərirlər.

Bu günlərdə təşkilatın sədri Gündüz Bayramov rayon fəalları ilə birlikdə Sa­muxun Qarayeri qəsəbəsində Bayram Məmmədovun, Vüsal Allahverdiyevin ailəsinə baş çəkmiş, Samux şəhərində isə qazilər Elsevər Əliyevin və Muraz Əliyevin yanında olmuş, onları ziyarət etmişlər. Onlar ziyarət etdikləri ailələrə sovqat təqdim etmiş, xalqımızın belə oğullarla fəxr etdiyini bildirmişlər. Qeyd olunub ki, dövlətimiz hər zaman onların problemlərini həll etməyə hazırdır və bu istiqamətdə böyük işlər görür.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

13 Fevral 2021 02:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə