Ən son xəbərlər
№ 33 Bakı şəhəri, 10 fevral 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 12 iyun tarixli 224 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 16 noyabr tarixli 462 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqanın hesabına köçürülən ..vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 18 aprel tarixli 181 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1036 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 796; 2017, № 5, maddə 990; 2019, № 7, maddə 1336, № 8, maddə 1446) ilə təsdiq edilmiş “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respub-likasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə “25” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2.5-ci bənddə “1997-ci il 10 mart tarixli 16” sözləri “2017-ci il 17 noyabr tarixli 502” sözləri ilə əvəz edilsin.
2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1950; 2017, № 6, maddə 1240, № 11, maddələr 2167, 2171; 2019, № 3, maddə 562, № 4, maddə 772, № 6, maddə 1171, № 8, maddə 1446; 2020, № 6, maddə 795) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.2.1. 1.1-ci bənddə və 3.5-ci bəndin birinci cümləsində “20” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin;
2.2.2. “Qeyd” hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 aprel tarixli 181 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 774) ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.2-ci bəndi ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə