Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respub­likasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respub­likasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İqti­sadi Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublika­sının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezi­dentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1375) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2021-ci il

13 Fevral 2021 00:25 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə