Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yannis Behrakis beynəlxalq fotojurnalistika mükafatı 2021” müsabiqəsi keçirilir

Fotojurnalistlərin işlərinin dəstəklənməsi və gücləndirilməsi məqsədilə “Yannis Behrakis beynəlxalq fotojurnalistika mükafatı 2021” müsabiqəsi elan olunub.

"Xalq qəzeti" xəbər verir ki, müsabiqə ilə maraqlanan namizədlərdən 24-dək fotoşəkildən ibarət portfolio, izahlı mətn və qısa tərcümeyi-hal təqdim etmələri xahiş olunur.

Müraciətlər ödənişsizdir. Birinci yerin qalibinə 15 000 avro dəyərində pul mükafatı veriləcək.

Qalib layihə fotoqrafın fərdi sərgisi kimi “Afina Foto Dünyası 2022” zamanı nümayiş etdiriləcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://contests.picter.com/yannis-behrakis-international-photojournalism-award-2021 linkinə daxil olun.

12 Fevral 2021 11:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə