Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim Türk Dünyasının akademiki seçilib

Azərbaycan xalçaçılıq və dekorativ sənətinin tanınmış nümayəndələrindən biri, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib və Beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Bu barədə "Xalq qəzeti"nə məlumat verən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə onu da bildirib ki, professor R.Tağıyevaya həmçinin “Türk Dünyasında İlin Mədəniyyət Adamı” Beynəlxalq diplomu da təqdim olunub.

R.Tağıyeva bu təltiflərə Türk Dünyası elminə və mədəniyyətinə göstərdiyi böyük xidmətlərə görə layiq görülüb.

Professor R.Tağıyeva xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğinə həsr olunmuş 200-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında çoxlu sayda konsepsiyalar və layihələr həyata keçirilmiş, elmi-sənədli filmlər çəkilmişdir. Müəllifi olduğu əsərlər, monoqrafiyalar və ensiklopediyalar rus, ingilis, çex, ərəb, fransız və digər dillərdə nəşr edilib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

12 Fevral 2021 11:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
22 Oktyabr 2021 | 00:36
Xalça sənətinin Kamil ustadı

Köhnə versiyamızdan xəbərləri izlə