Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan cəhiyyə işçiləri Aİ -nin mailəşdirdiyi xüsusi təlim kurslarında iştirak edəcəklər

Azərbaycanda səhiyyə işçiləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Aİ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “Sağlamlıqda Həmrəylik Təşəbbüsü” çərçivəsində təşkil edilən xüsusi təlim kursuna qatılıblar.

Avropa İttifaqından "Xalq qəzeti"nə verilən məlumata görə, təlim nəticəsində 34 səhiyyə işçisi COVID-19 pandemiya şəraitində infeksiya nəzarəti və işin idarəedilməsi və ilkin səhiyyə xidmətlərinin göstərilməsi üzrə təlimatçı olacaqlar.

"Sağlamlıqda Həmrəylik Təşəbbüsü" altı Şərq tərəfdaşı ölkəsini COVID-19 pandemiyasına cavab olaraq dəstəkləyir və xalq sağlamlığı ilə əlaqədar fövqəladə halların qarşısının alınması, hazırlanması, aşkarlanması və buna cavab vermək üçün milli səhiyyə sistemlərinin imkanlarını gücləndirir. 35 milyon avrodan çox olan bu təşəbbüs artıq bölgədə 11 milyondan çox fərdi qoruyucu vasitə, 12000 laboratoriya dəsti, 1500-dən çox ventilyator, oksigen konsentratı və nəbz oksimetri və 20.000-dən çox PCR test dəsti daxil olmaqla əhəmiyyətli tibbi ləvazimat təmin etmişdir.

12 Fevral 2021 11:08 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə