Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 11-16, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal–qərb küləyi  oktyabrın  27-də gündüz, 28-də gün ərzində mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 16-20 dərəcə isti təşkil edəcək.                                                     

26 Oktyabr 2018 17:54 - EKOLOGİYA
EKOLOGİYA
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq
15 Oktyabr 2021 | 18:19
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə