Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb

“Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19 mövzusunda” çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: “Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi kçeirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”.

Baş infeksionist bildirb ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axrıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən inanlar qrupu var ki, onlar peyvənd olunmalıdır: “Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”. 

11 Fevral 2021 17:45 - SƏHİYYƏ
SƏHİYYƏ
18 Sentyabr 2021 | 00:44
Vaksin sertifikatı məcburidir

Köhnə versiyamızdan xəbərləri izlə