Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN azad edilmiş ərazilərlə bağlı vətəndaşlara çağırış edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırıb.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlara xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara rast gəlinir: 

“Mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır”.

11 Fevral 2021 12:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə