Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sizə mühəndisliyi sevdirəcək 3 səbəb

Mühəndislik riyazi, elmi və texniki biliklərdən istifadə edərək problemləri ən mükəmməl yollarla həll etməyə çalışan elm sahəsidir. Mühəndislər müxtəlif texnologiyaların layihələndirilməsi və qurulması ilə dünyanın bir çox problemlərini həll ediblər. Müxtəlif sahələrdə təcrübəli mühəndislərə hər zaman tələb olacaqdır. Cəmiyyət, ildırım sürəti ilə mövcud infrastrukturu, məhsul və ictimai xidmətlərini inkişaf etdirir. Bu tərəqqi  kommunal xidmətlərin təkmilləşdirilməsinin mürəkkəbliyi ilə  bəzi hökumət və iqtisadiyyat qurumlarını böyük çətinliklərlə üz-üzə qoya bilər. Ancaq bu kompleks problemləri həll etmək və bizi daha yaxşı bir gələcəyə doğru yönəltməyi qarşısına məqsəd qoyan bir qrup insan vardır. Mühəndislər biliyi tətbiqə çevirir, avtomatlaşdırılmış proseslərin idarə olunmasına dair planlar tərtib edir və effektiv nəticələr əldə edirlər.

Biz “Mühəndislərik” və birlikdə daha mükəmməl gələcək yaratmaq qabiliyyətinə sahibik!

1.Kreativlik

Mühəndislər, müasir həyatın problemləri ilə qarşılaşdıqda inanılmaz yaradıcılıq göstərməlidirlər. Daha əvvəldə qeyd edildiyi kimi, qarşıya çıxan problem nə qədər mürəkkəb olarsa, ən yaxşı həll yolunun tapılması zamanı kreativlik mühüm rol oynayır. Əgər gündəlik həyatda qarşılaşdığınız avadanlıqların iş prinsiplərini öyrənmək və dünyada mövcud olan problemləri həll etmək sizin maraq dairənizə daxildirsə, o zaman mühəndislik istedadlarınızı nümayiş etdirmək  üçün mükəmməl bir vasitədir. Mühəndisliyin ən dərin biliklərinə sahib olmaq arzusundasınızsa, həyatınızı təcrübə sahələrində keçirməyə hazır olun. Mühəndislik ixtisasını bitirərək növbəti Burj Xəlifəni (Xəlifə bürcü  hazırda dünyadakı ən hündür tikilidir) inşa edəcəyinizi düşünməyin, lakin karyeranızın növbəti illərində həyəcan verici bir lahiyə üzərində işləyə biləcəyinizə inanın.

2. İstənilən sahədə tətbiq edə biləcəyiniz bacarıqlara sahib olmaq

Mühəndis olaraq inkişaf etdirdiyiniz bacarıqlar son dərəcə qiymətlidir və son dərəcə aranır. İnsanlar mövcud problemlərin həll olunması üçün ilk olaraq mühəndislərə üz tuturlar çünki bu yetənəklər ən kompleks problemləri belə təhlükəsiz şəkildə həll etməyə zəmin yaradır. Qarşıya çıxan problemlərə praktik həllər təqdim etmək bacarığı çox vacibdir və istənilən maneə və çətinliklə üzləşdikdə mühəndislərin özünə inam mənbəyi hesab olunur. Mühəndis olaraq vaxtınızı effektiv idarə etməyi, komanda üzvü olaraq işləməyi və liderlik xüsusiyyətlərini özünüzdə təkmilləşdirəcəksiniz. Bu bacarıqlar sizə gələcək həyatınızda dayaq olacaqdır.

3. Böyük mükafatlar və imkanlar.

Mühəndis olaraq, siz dünyanın ən yüksək ödənişli peşələrindən birinə sahib olacaqsınız. Qazandığınız unikal bacarıqlar toplusu sizə dünyanın istənilən ölkəsində işləmə şansı sunacaqdır. Hər iş sahəsi bu cür təcrübə qazanmaq, yeni mədəniyyətlər və həyat tərzi kəşf etmək imkanı yaratmır. Beynəlxalq şirkətlər nəzdində çalışan mühəndislər tez-tez konfranslarda iştirak etmək məqsədi ilə xarici ölkələrə səhayət edir, əcnəbi mühəndislərin işi ilə yaxından tanış olurlar.

Nəticədə, mühəndis olmaq üçün uyğunluğun müəyyən edilməsi üçün mükəmməl bir formula və ya meyar yoxdur. Mühəndis ola biləcəyinizi müəyyənləşdirmək üçün ilk və ən sadə addımlardan biri mühəndisliyin hansı sənaye sahəsində çalışmaq istədiyinizi müəyyən etməkdir. İşləmək istədiyiniz sahə barədə müəyyən  bir fikrə sahib olduqdan sonra, hansi bilik və bacarıqlara yiyələnməli olduğunuzu təyin edin.

Uğurlar!

 

Süleyman SÜLEYMANOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 
Cihazqayırma Mühəndisliyi ixtisasının Bakalavr məzunu,
akademik İngilis dili müəllimi

26 Oktyabr 2018 14:31 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə