Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 30 Bakı şəhəri, 5 fevral 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qayda­ları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haq­qında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlan­ması zamanı nəzərə alınan tələblərə uyğun­luğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tari­xi Muzeyinin Nizamnaməsinin və strukturu­nun təsdiq edilməsi haqqında” 2015-ci il 10 iyul tarixli 265 nömrəli və “Azərbaycan Res­publikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respub-likası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016, № 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017, № 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə 1882; 2018, № 1, maddə 139, № 11, maddə 2454; 2019, № 7, maddə 1311, № 12, maddə 2074; 2020, № 2, maddə 190, № 6, maddə 813) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qayda­ları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.5-ci bənddən “və Turizm” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 6.5-1-ci bənd əlavə edilsin:

“6.5-1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;”.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 1, maddə 58, № 10, maddə 1210; 2016, № 2 (II kitab), maddə 364; 2017, № 3, maddə 515; 2018, № 5, maddə 1138, № 8, maddə 1819; 2019, № 7, maddə 1358, № 12, maddə 2074; 2020, № 6, maddə 812) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadı­ğı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 2.2-ci və 3.2-ci bəndlərində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Mədəniyyət Nazirliyinin və tabeliyindəki dövlət qoruqlarının ərazisinə münasi-bətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 7, maddə 896) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi”nin 6.3-cü bəndinin birinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Struktu­runun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2015, № 12, maddə 1588; 2017, № 9, maddə 1760, № 10, maddə 1932; 2019, № 4, maddə 756; 2020, № 5, maddə 653) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında, 1-ci və 2-ci hissələrində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

4.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Tu­rizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə, 1.4-cü bəndində “Mədəniyyət və Turizm Nazirliyinin (bundan sonra – Nazirlik)” sözləri “Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə, 2.3-cü, 3.1-ci, 6.3-cü bəndlərində, 6.5.5-ci, 6.5.6-cı, 6.5.8-ci, 7.1.5-ci, 7.1.8-ci yarımbəndlərində, 9.1-ci, 11.1-ci bəndlərində ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə, 7.3-cü bəndində “Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri” sözləri “Agent­liyin sədri” sözləri ilə və 8.2-ci bəndində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;

4.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Tu­rizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyi­nin” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə