Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 29 Bakı şəhəri, 5 fevral 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 9 iyun tarixli 191 nömrəli və “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin «Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, «Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və «Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565; 2020, № 10, maddə 1304) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin “Dövlət orqanının adı” sütunu üzrə 21-ci hissədə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və 22-ci hissədən “və Turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223; 2015, № 4, maddə 464, № 5, maddə 624; 2016, № 1, maddə 177, № 7, maddə 1347; 2017, № 9, maddə 1756; 2018, № 11, maddə 2450; 2019, № 3, maddə 518, № 6, maddə 1144; 2020, № 3, maddə 361, № 8, maddə 1120) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 5-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331, № 4, maddə 773, № 5, maddə 948; 2020, № 4, maddə 489) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7-ci hissənin adından “və Turizm” sözləri çıxarılsın;

3.2. 7.2-ci bənd ləğv edilsin;

3.3. aşağıdakı məzmunda 44-1-ci hissə əlavə edilsin:

44-1. Dövlət Turizm Agentliyi üzrə:

44-1.1.

CİS naviqasiya sistemi (gomap.az)

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744; 2015, № 7, maddə 882; 2018, № 9, maddə 1902, № 11, maddə 2457) ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 5.3.1-ci yarımbəndindən “və Turizm” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1128; 2015, № 10, maddə 1209) ilə təsdiq edilmiş “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nın 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respub-likasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə