Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 27 Bakı şəhəri, 2 fevral 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 187 nömrəli, “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında” 2014-cü il 1 iyul tarixli 215 nömrəli, “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 16 dekabr tarixli 392 nömrəli və “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 741; 2017, № 12 (II kitab), maddə 2528; 2018, № 8, maddə 1816) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası”nın 1.3.5-ci yarımbəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə və 3.4.1-ci yarımbəndinin ikinci cümləsində “Agentlik” sözü “Xidmət” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası”nın 2.1-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə və 2.2-ci, 2.3-cü bəndlərində, 2.5-ci bəndinin birinci cümləsində, 2.7-ci və 2.8-ci bəndlərində ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavədə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə – “Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası”nın 1.2-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə, 2.1.7-ci və 2.2.6-cı yarımbəndlərində, 2.3-cü bəndində, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərində (hər iki halda), 4.2-ci (hər iki halda) və 5.1-ci bəndlərində, 5.2.1.4-cü yarımbəndində, 6.1-ci və 6.2-ci (hər iki halda) bəndlərində, həmin Qaydaya əlavənin “Ölçmə vasitələrinin dövlət reyestri kitabının forması” cədvəlinin 8-ci və “Standart nümunələrin dövlət reyestri kitabının forması” cədvəlinin 7-ci sütununda ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.5. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə – “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası”nın 1.4-cü bəndinin birinci cümləsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə, 1.5-ci bəndində, 3.1-ci bəndinin birinci və ikinci cümlələrində, 4.3-cü və 6.1-ci bəndlərində ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.6. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası” üzrə:

1.6.1. 3.1-ci bəndin birinci cümləsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin;

1.6.2. 3.1-ci bəndin ikinci, üçüncü cümlələrində və 3.2-ci bəndində ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.7. həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası” üzrə:

1.7.1. 1.3-cü bənddə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin;

1.7.2. 2.2-ci bəndin birinci cümləsində, 2.4-cü bəndin ikinci cümləsində, 2.5-ci və 2.7-ci bəndlərdə ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.8. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”in 1.4-cü bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə, 2.1-ci və 2.2-ci bəndlərində, 3.4.3-cü yarımbəndinin ikinci cümləsində ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 905; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”ndə mətn üzrə ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 392 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1669) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın 1.3-cü bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”na əlavədə “STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ” sözləri “İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1671) ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 1.3-cü bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə