Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatı keçirilib.

AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat xidmətindən  verilən məlumata görə,  tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbülfəz Babayev bildirib ki, Texnoparkda “İnkubator və Texnologiya Transferi Mərkəzi” AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə yaradılıb. Azərbaycan elminin tətbiqi baxımından geniş imkanlar təqdim edən bu mərkəzin ölkə başçısının sənayeləşmə siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası və sənayedə elmin xüsusi çəkisinin artırılmasında AMEA-nın fəal iştirakını təmin edəcəyini vurğulayıb.

Sonra Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək mərkəzin fəaliyyətə başlaması ilə akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər iştirakçılar Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərini qarşılamaq üçün müasir texnologiyaların ölkəmizə gətirilməsi, bu texnologiyaların tətbiqi ilə bağlı aparılan son nəticələrin ümumi daxili məhsuluna dəstək verməsi, idxaldan asılılığın azaldılması istiqamətində aparılan uğurlu islahatların öz bəhrəsini verməkdə olduğunu ifadə ediblər.

ölkədə bir neçə oxşar müəssisə fəaliyyət göstərməsinə baxmayaraq elmtutumlu ilk texnopark olan YT Parkda AMEA-da aparılan işlərin istehsalatda tətbiqi həyata keçirilir. Mərkəzin səmərəli fəaliyyəti texnoparkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədən asılılığının azalmasına və işçilərin sosial rifahı, elm və tədqiqat nəticələrinin iqtisadi və praktik tətbiqinin genişlənməsi, eləcə də innovativ inkişafa özəl investisiyanın cəlb edilməsi və elmin populyarlaşdırılmasına dəstək verəcək.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

3 Fevral 2021 16:01 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə